Ölkəyə gizli yolla telefon gətirmək istəyən saxlanılıb

olkeye-gizli-yolla-telefon-getirmek-isteyen-saxlanilib
Oxunma sayı: 1594

Gürcüstandan gizli yolla telefon gətirmək istəyən şəxs saxlanılıb.

“Qafqazinfo”nun Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Vətəndaş sorğu-sual zamanı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, avtomobilin salonunda qoltuqaltının altında və torpedonun içərisindəki maqnitofonun arxasında - 3 ədəd "Samsung Galaxy J4", 1 ədəd "Samsung Galaxy J5 pro", 2 ədəd "Samsung Galaxy J6" və 1 ədəd "Samsung Galaxy A6" markalı mobil telefonlar, 15 ədəd "qulaqcıq", 15 ədəd USB kabel, 15 ədəd qidalandırıcı və mobil telefon üçün 12 ədəd qutu aşkar edilib.

Murad Əhməd