“Ölməkdən çox qorxuram” - Məryəm

olmekden-cox-qorxuram
Oxunma sayı: 2463

Aktrisa Məryəm Üzerli qatıldığı proqramlardan birində maraqlı açıqlamalar verib.

“Qafqazinfo” “Axşam.az”a istinadən xəbər verir ki, həm şəxsi, həm də iş həyatından danışan Məryəm həyatdakı qorxularını dilə gətirib:

“Həmişə Allaha dua edirəm. Bilirəm bu həyatda qonağıq. Allah hamımıza uzun ömür versin. Ölməkdən çox qorxuram. Ana olduqdan sonra isə qızım Laraya bir şey olar deyə çox qorxuram”.

Üzerli sonuncu dəfə çəkildiyi “Öteki Taraf” filmindəki obrazından da söz açıb. O, həmin xarakterin onunla heç uyğun gəlmədiyini bildirib:

“Filmdəki obraz sərt və hər şeyi ürəyinə salan biridir. Məndən uzaq olduğu üçün zövqlə oynadım. Arada da düşümdüm ki, görəsən, belə insan həyatda varmı”.