Olqa efirdə özünə ər axtaracaq

olqa-efirde-ozune-er-axtaracaq
Oxunma sayı: 3968

Müğənni Olqa Buzova TNT-də qalmaqallı layihəyə imza atıb.  “Qafqazinfo” xəbər verir ki, onun aparıcılıq etdiyi proqram “Buzovaya ərə gəl” adlanır.  Şouda Olqa gəlin olacaq və özünə bəy seçəcək. 

İfaçı bu barədə Rusiya KİV-nə müsahibə verib.  Olqa deyib ki, şouda açıq-saçıq və intim səhnələrə yer veriləcək:

“Bu haqda düşünmək belə məni həyəcanlandırır. Özümə çərçivə qoymuram, sevib, sevilmək istəyirəm. Bu baş versə, xoşbəxt olacam”. 

O, bəy namizədlərdən birinin homoseksual olması barədə yayılan məlumata da münasibət bildirib:

“Homoseksualları sevirəm və hətta onların olduğu məkanlarda konsertlər verirəm. Yalan danışmayacam, həmin şəxs proqrama müraciət edəndə söhbət etdik. Dedim ki, mən qadın –kişi münasibəti istəyirəm. Tamaşaçıları da aldatmaq olmaq. Bundan sonra onunla sağollaşdıq”.