Olqanın əllərinə nə olub?

olqanin-ellerine-ne-olub
Oxunma sayı: 5028

32 yaşlı məşhur televiziya aparıcısı, müğənni Olqa Buzova sosial şəbəkədə yenə müzakirələrə səbəb olan foto paylaşıb. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki,  hər dəfə tənqid atəşinə tutulan Olqa yenə də instaqram istifadəçilərin hədəfində olub. 

O, hovzuda çimərlik geyimində şəklini izləyiciləri ilə bölüşüb.  Həmişə Olqanın açıq-saçıq paylaşımları tənqid olunsa da, bu dəfə oxlar onun əllərinə yönləndirilib.  

Istifadəçilər Olqanın əllərinin qeyri-adi və böyük olduğunu bildiriblər.  Hətta bəziləri onun qollarını kərtənkələ və dinozavr pəncələrinə bənzədiblər. Bundan başqa, iddia olunub ki, o, fotoşopa əl atdığı üçün belə bir görüntü ortaya çıxıb. 

Kobud rəylərə baxmayaraq Buzovanın həmin paylaşımını 350 mindən çox insan bəyənib.