Ölü heyvanın Gəncədə satışının qarşısı alındı - Fotolar

olu-heyvanin-gencede-satisinin-qarsisi-alindi
Oxunma sayı: 1619

Qazax rayonunda satış məqsədi ilə daşınan, diri çəkisi 315 kq olan istehlaka yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qurum əməkdaşları rayonun Aşağı Salahlı kəndi ərazisində vətəndaş Cəfərov Musa Cavad oğluna məxsus avtomobilin yük yerinə baxış keçiriblər. Bu zaman avtomobilin yük yerindən daxili orqanları çıxarılmış, ölmüş heyvan cəmdəyi aşkar olunub.

İlkin araşdırmalar zamanı ölü heyvanın satış məqsədi ilə Qazaxdan Gəncəyə daşındığı məlum olub. Aşkarlanmış heyvan cəmdəyinin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.