Ölü uşaq tabutda dirildi

olu-usaq-tabutda-dirildi
Oxunma sayı: 647

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ölən və dəfn edilməyə hazırlanan 2 yaşlı uşaq tabutda dirilib.

Məlumata görə, azyaşlı sətəlcəmdən ölüb. Kelvin Santosun saat 19.40-da rəsmi şəkildə öldüyü açıqlanıb və meyit ailəyə təhvil verilib. Ailə isə uşağa yas saxlayaraq, dəfn işlərinə başlayıblar. Braziliyalı uşaq dəfnə dəqiqələr qalmış birdən tabutdan qalxaraq, oturub və atasından su istəyib.

Gördükləri mənzərədən şoka düşən ailə övladlarının dirilməsinin sevinci yaşamağa vaxt tapmayıblar. Belə ki, bir necə dəqiqiə tabutda oturan uşaq sonradan yenidən yerinə uzanaraq, gözlərini əbədiyyən qapayıb.

Ümidlə uşağın cansız bədənini xəstəxanaya aparan atanın ümidləri burada puç olub. Həkimlər uşağın öldüyünü açıqlasalar da onun necə dirildiyini və su istədiyinə dair heç bir açıqlamaları olmadığını deyiblər.