Ölüm-dirim mübarizəsi

olum-dirim-mubarizesi
Oxunma sayı: 660

“Qafqazinfo” xəbər verir ki, öz meydanında sərfəli nəticə alıb Alamniyaya rahat getmək istəyən “Qalatasaray” buna nail olmasa da, yenə də turu keçmək şansını saxlayıb. İlk oyunda “Şalke” ilə 1-1 hesablı heç-heçə edən “Cim Bom”un bu gün işi olduqca çətin olacaq. Çünki aslanların bu gecə qalib gəlməyi vacibdir. 1-1 dən başqa istənilən bol qollu bərabərlik “Qalatasaray” a sərf edir. Hər hansı hesablı qalibiyyət də İstanbul təmsilçisinə ¼ qapısını taybatay açıq edəcək.

Bu oyundan başqa gecənin ən gözəl görüşü “Nou Kampda” olacaq. “Milan” ilk görüşdə “Barselona” üzərində əldə etdiyi 2-0 hesablı qələbədən sonra növbəti mərhələyə ən yaxın olan tərəfədir. Ancaq bununla belə kataloniyalıların asanlıqla təslim olacağını gözləmək olmaz.İstənilən nəticənin qeydə alına biləcəyi bu qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

İqbal