“Ölüm qrupu”nda tanış rəqiblər üz-üzə

olum-qrupunda-tanis-reqibler-uz-uze
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi məlumata görə, Hollandiya Danimarka ilə, Almaniya isə Portuqaliya ilə qarşılaşacaq.
Hər iki cütlük 12 il əvvəl Avro 2000-in qrup mərhələsində üz-üzə gəlib. Hollandiya və Belçikanın ev sahibliyi etdiyi turnirdə Hollandiya Danimarkanı, Portuqaliya isə Almaniyanı 3:0 hesabı ilə məğlub edib.
Hollandiya və Danimarka yığmaları rəsmi matçlarda ümumilikdə 31 dəfə qarşılaşıb. “Narıncılar” bunlardan 13-də qalib gəlib, 10-da isə “sülh bağlayıb”. Top fərqi də hollandların xeyrinədir – 61:42.
Almaniya və Portuqaliya yığmaları isə 8 dəfə rəqib olub. Almanlar bu görüşlərdə 4 qələbə və 3 heç-heçə əldə edib (top fərqi 13:10).

9 iyun
B qrupu

21:00. Hollandiya - Danimarka
Baş hakim: Damir Skomina (Sloveniya)
Xarkov. “Metallist” stadionu

23:45. Almaniya - Portuqaliya
Baş hakim: Stefan Lannua (Fransa)
Lvov. “Lvov Arena” stadionu

Ceyhun Əhmədov