Ölüm səbəbləri ürək çatışmazlığı imiş...

olum-sebebleri-urek-catismazligi-imis
Oxunma sayı: 2542

“2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub”.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında kardioloq cərrah, deputat Rəşad Mahmudov bildirib.  

O qeyd edib ki, vəfat edənlərin 57.8 faizi ürək çatışmazlığından ölüb: “Bu sahədə dinləmələr keçirmək, tədbirlər görmək lazımdır”.