Ölümlə nəticələn yol qəzaları - Kriminal xəbərlər

olumle-neticelen-yol-qezalari-kriminal-xeberler
Oxunma sayı: 675

Avqustun 7-si saat 11 radələrində Bakı şəhər sakini Bahadur Qəribov idarə etdiyi «VAZ-21015» markalı avtomobillə Mədən küçəsində yaşayan Mirəhəd Mənsimova məxsus həmin ünvanda yerləşən mağazaya gələrək 105 manat dəyərində bazarlıq etmiş və pulunu verməyərək oranı tərk etmişdir. Suraxanı RPİ 32-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində B.Qəribov tutulmuş və ondan maye halında 0,273 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.

İyulun 21-dən avqustun 7-dək olan müddətdə Ə.Cavad küçəsi 2-də yaşayan Səxavət İbrahimovanın evindən açar seçmə yolu ilə fotoaparat və qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Nazim Eyvazov Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən avqustun 7-də tutulmuşdur.

Avqustun 7-si saat 04 radələrində A.Ələsgərov küçəsi döngə 6-nın qarşısında Eliyar Əsgərov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə yolun kənarında dayanmış Müzəffər Nəcəfova məxsus «Ford Carko» markalı avtomobili arxadan vurmuş, nəticədə «VAZ-2107» markalı avtomobilin sərnişini Bəhruz Alıyev hadisə yerində ölmüşdür.

Avqustun 7-si saat 23:20 radələrində Badamdar yolunda Bakı şəhər sakini Seymur Həsənov idarə etdiyi «Land Rover» markalı avtomobillə Bakı şəhər sakini İlkin Tağıyevi vurmuş, sonuncu hadisə yerində ölmüşdür.

Avqustun 6-sı saat 17:30 radələrində Naxçıvanski küçəsində naməlum şəxs Yevlax rayon sakini Aslan İlyasovun qarın nahiyəsindən bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirmişdir. DİN ÇPA, Nizami RPİ CAŞ və 24-cü PB-nin əməkdaşlarının səyi nəticəsində cinayətdə şübhəli bilinən Yevlax rayon sakini Elçin İsmayılov avqustun 7-də yaxalanmışdır.

Avqustun 5-i saat 23 radələrində Biləcəri qəsəbəsi T.Yaqubov küçəsində yaşayan Könül Nağıyeva münaqişə zəminində qəsəbə sakini Nurlan Adıgözəlovun kürək nahiyəsindən bıçaqla daxilə nüfuz edən bıçaq xəsarəti yetirdiyinə görə Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Avqustun 6-da Balaxanı qəsəbəsi Milli Dirçəliş küçəsində İlqar Əsgərov münaqişə zəminində orada yaşayan Xanəhməd Əliyevə bıçaq xəsarəti yetirdiyinə görə Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.