Ölümlə nəticələnən qəzada təqsirləndirilənə hökm oxundu

Ölümlə nəticələnən qəzada təqsirləndirilənə hökm oxundu
Oxunma sayı: 409

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nəriman Quliyev və Elşən Nağızadəyə hökm oxunub. 

 "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar Mikayıkovun icraatında olan prosesdə adıçəkilən şəxslərin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə 2017-ci il avqustun 7-də saat 19 radələrində Xızı rayonunun Şuraabad kəndində kənd sakinləri Nəriman Quliyevin və Elşən Nağızadənin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, habelə N.Quliyevin sərnişini, həmkəndlisi Rəşad Bayramov, E.Nağızadənin isə 2 sərnişini xəstəxanaya yerləşdirilib, R.Bayramov orada ölüb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi