“Ölümü gözləmək faciədir” - Rafiq Hüseynovun son görüntüləri

“Ölümü gözləmək faciədir”
Oxunma sayı: 4585

Xəbər verdiyimiz kimi, xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib. Bu barədə diktorun xanımı Səbinə Hüseynova məlumat yayıb.  Xərçəngdən əziyyət çəkən Hüseynovun nəşi bir neçə gün sonra Bakıya gətiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, Hacı Nuran Hüseynov teleaparıcının ölümündən 1 ay əvvəl çəkilən son görüntülərini instaqram səhifəsində paylaşıb. 

Xalq artisti müsahibəsində deyib ki, ölümü gözləmək onun üçün faciədir:

“Ölümdən qorxmuram. Ölümü gözləmək faciədir. Allahdan xahişim odur ki, bir az ömür versin, qızımın bütün problemlərini həll edim, sonra bu dünya ilə vidalaşım”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi