Ölümündən 2 il ötdü... - Foto + Video

olumunden-2-il-otdu
Oxunma sayı: 4634

Bu gün xalq artisti İlhamə Quliyevanın ölümündən iki il ötür.

“Qafqazinfo” xəbər verir ki, 72 yaşlı sənətkar 2016-cı ildə tromboemboliyadan dünyasını dəyişib.

Müğənni İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib.

Qeyd edək ki, İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub..

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.

Sənətçinin Orxan Nadirov adlı bir oğul övladı var idi. Əslində Orxan Nadirov İlhamə Quliyevanın doğma oğlu deyil, o İlhamə xanımın xalası nəvəsidir.