Venesuelada prezident Nikolas Maduro əleyhinə keçirilən aksiyalar davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NTN24 kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Anspateqi ştatınnın prokurorluğu Ektor Anuel adlı vətəndaşın ölümü ilə bağlı araşdırmaya başlayıb. Onun hökumət tərəfdarı olduğu güman edilir. İnsident Leçeriya şəhərində qeydə alınıb. İlkin ehtimala görə, Ektorun cəsədi ölümündən sonra yandırılıb.
Aprel ayından başlayan etirazların nəticəsində artıq 95 nəfər ölüb.