Oman OPEK+ komitəsini tərk etdi

oman-opek-komitesini-terk-etdi
Oxunma sayı: 765

Oman OPEK+ təşkilatının komitəsini tərk etmək qərarına gəlib. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral sərvətlər naziri Xalid əl-Falih bildirib.

Onun sözlərinə görə, Oman dekabr ayında OPEK-ə daxil olmayan daha bir ölkənin namizədliyini irəli sürüb: “Bundan sonra Qazaxıstan komitəyə üzv oldu, Omanı isə yola saldıq”.