Ombudsman əməkdaşları Tale Bağırovla görüşüb

ombudsman-emekdaslari-tale-bagirovla-gorusub
Oxunma sayı: 649

Aparatın mətbuat xidmətindən Trend-ə bildirilib ki, cəzaçəkmə müəssisələrində Mmvəkkilə müraciət etmiş hər bir məhkum fərdi qaydada qəbul edilib, onların şikayətləri ilə bağlı araşdırmalar aparılıb. Həmin şəxslər bu müəssisələrdə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər.
Müraciətlər, əsasən, şəxslərin cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl azad olunması ilə bağlı məhkəmə qərarlarından narazılıqlarla əlaqədar olub.

Həmin məhkumlara hüquqları və müvafiq qanunvericilik əsasında ombudsmanın səlahiyyətləri izah olunub.
6 saylı CÇM-in cərimə təcridxanasında aparılmış araşdırma zamanı təcridxananın təmir edilərək müasir tələblərə uyğunlaşdırıldığı, bununla da ombudsmanın daha bir tövsiyəsinin icra edildiyi müəyyənləşdirilib.

Aparatın əməkdaşları aprelin 8-də BMCMİ-nin MSY-də saxlanılan Taleh Bağırov və Anar Məlikovla da görüşüblər.
Onlar görüş zamanı saxlanma şəraitindən şikayət etməyib, seçdikləri vəkillə görüşdüklərini bildiriblər.

Eyni zamanda, saxlanılan şəxslərin bədənlərinə baxış zamanı xəsarət izi aşkar edilməyib.

Lakin onlar ittiham olunduqları maddələr üzrə özlərini təqsirli hesab etmədiklərini bildiriblər.

Müvəkkil saxlanılan şəxslərin qaldırdıqları məsələlərlə bağlı halların yoxlanılması ilə əlaqədar Baş prokurora müraciət edib.
Qeyd edək ki, Taleh Bağırov və Anar Məlikov dindar kimi tanınırlar.