Ombudsman Ramil Usubovdan xahiş etdi

ombudsman-ramil-usubovdan-xahis-etdi
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, İHSM-də 5 nəfər aksiya iştirakçısı saxlanılır. Saxlanılan şəxslər orada saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər. Eyni zamanda onlardan 2-si aksiya zamanı polis avtomobilinə mindirilərkən kobud rəftara məruz qaldıqlarını bildirib.

Ombudsman Azərbaycan Respublikasının daxili işlər nazirinə məktubla müraciət edərək, başçəkmə zamanı saxlanılmış şəxslərdən alınmış məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Qeyd edək ki, ümumilikdə Bakıda icazəsiz etiraz aksiyasının 23 iştirakçısı saxlanıb. Bu barədə Bakı Baş Polis İdarəsinin və şəhər prokurorluğunun birgə məlumatına qeyd olunub.