“OMEGA” - Bakıda bir çox üstünlükləri olan yeni, sərfəli taksi xidməti - Fotolar

“OMEGA” - Bakıda bir çox üstünlükləri olan yeni, sərfəli taksi xidməti
Oxunma sayı: 2199

Bakıda “OMEGA” adlı yeni taksi xidməti fəaliyyətə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, paytaxtımızda taksi xidmətlərinin sayının çox olmasına baxmayaraq “OMEGA” taksi öz sərfəli qiymət tarifi və bir sıra üstünlükləri ilə fərqlənir. Qeyd edək ki, dünyanın ən tanınmış taksi şirkətlərinin təcrübələrini uğurla tətbiq edən “OMEGA” taksi Rusiya şirkətitir. “OMEGA” taksi 8 ildir ki, Rusiyanın 22 şəhərində nüfuzlu bir sərnişindaşıma şirkəti olaraq fəaliyyət göstərməkdədir.

Sərnişindaşımada böyük təcrübəyə malik olan bu şirkət ilk xarici fəaliyyətinə isə məhz ölkəmizdə başlayıb ki, bu da təsadüfi deyil. Azərbaycan turizm ölkəsinə çevrilməkdədir və paytaxt sakinləri ilə yanaşı, turistlər də ən optimal qiymətlərlə yüksək keyfiyyətli, sürətli və komfortlu xidmət tələb edirlər. Bu tələblərə cavab vermək üçün “OMEGA” taksi şirkəti nəinki ucuz, eləcə də hər bir müştərinin büdcəsinə uyğun qiymətlər təklif edir.

Müştərilər üçün minimal qiymət 1 Azn, hər kilometr yol üçün isə 0,40 Azn hesablanır.

Bundan əlavə - daimi sərnişinlərə və “OMEGA” şirkətinin taksi xidmətlərindən yenicə əməkdaşlığa başlayan sürücülər üçün maraqlı və çox sərfəli endirimlər və promo-bonus sistemi təklif edir. Təklif vasitəsilə müştərilər gediş haqqının cəmi 30%-ni ödəyə bilərlər.

Belə ki, bir sərnişin digər bir sərnişinlə öz promo-kodunu paylaşırsa həmin sərinişinin balansına 1 manat dəyərində bonus əlavə olunur. Promo- kodu daxil edən sərnişinin balansına isə 3 manat dəyərində bonus əlavə olunur.

İnformasiya texnologiyalarının inkişafını nəzərə alaraq “OMEGA” taksi müştərilərinin tam rahatlığı üçün geniş spektrdə elektron köməkçi sistəmlər təklif edir. Belə ki, Googla Play-dən “OMEGA TAKSİ SİFARİŞİ” əlavəsini yükləməklə müştərilər həm rahatlıqla taksi sifariş edə bilər, hətta sifariş etdikləri taksinin hal-hazırda şəhərin hansı istiqamətində olduğunu da izləyə bilirlər. “OMEGA TAKSİ SİFARİŞİ” əlavəsini yükləmək üçün aşağıda qeyd olunan linklərdən istifadə etmək olar.

İOS: https://goo.gl/Q5ugTi

Android: https://goo.gl/5UqURf

“OMEGA” taksinin ən üstün cəhətlərindən biri ­- sürücülərin seçiminə xüsusi tələbkarlıqla yanaşmasıdır. Bu da təsadüfi deyil – taksi xidmətinin keyfiyyət göstəricisi məhz sürücülərin peşəkarlığı ilə təyin olunur. Hər bir sürücü ilə müvafiq müqavilə bağlanaraq bütün qarşılıqlı öhdəlik və məsuliyyətlər müəyyənləşdirilir. Təbii ki, şirkət ilə sürücülər arasında dəqiqləşdirilmiş və şəffaf anlaşma əsasında bağlanan müqavilələr daha güvənli və qarşılıqlı olaraq daha səmərəli olur. Məhz bu səbəbdən hətta iri, rəqib taksi xidməti firmalarında çalışan ən təcrübəli sürücülər belə “OMEGA” taksi ilə əməkdaşlıq etmək üçün müraciət etməkdədirlər. Taksi xidmətinə cəlb olunan avtomobillərin texniki sazlığına isə xüsusi diqqət ayrılır.

Sürücülər üçün hər 1 sifarişə görə minimal əmək haqqı günün adi vaxtlarında 3 manat, pik-saatlarda isə 5 manat təşkil edir. Ödənişlər sürücünün şəxsi hesabında toplanır və istənilən vaxt nağdılaşdırıla bilir.

Bununla yanaşı “Promo kodu paylaş” adlı bonus aksiyası da mövcuddur. Yəni hər bir taksi sürücüsü müştərisinə taksi sifarişi mobil əlavəsini onun mobil telefonuna yükləməyi təklif edir və öz promo-kodunu müştəriyə təqdim edir. Beləliklə onların hər ikisnin balansına 3 manat bonus əlavə olunur.

Sürücülərin xidmət keyfiyyətinə nəzarət etmək üçün isə xüsusi nəzarət xidməti mövcuddur. Sərnişinlər sürücülərin xidmətindən narazı qaldıqda günün istənilən saatı *0404 qısa nömrəsinə zəng edərək şikayətlərini bildirə bilər, eyni zamanda təklif, irad və təşəkkürlərini də ifadə edə bilərlər. Həmçinin məhz bu xidmətin sayəsində sərnişinin taksidə unutduğu əşya haqqında məlumatlanmaq və ən qısa zamanda sahibinə geri qaytarılmaq imkanı da yaranır.

“OMEGA” taksinin daha bir maraqlı özəlliyindən biri “təmiz qiymət” siyasətidir. Belə ki, müştərilərə, şərtlərdən asılı olmayaraq dəyişməyən sabit qiymətlər təklif olunur. Müştərilər hava şəraitinin necə olmasıdan asılı olmayaraq, gecə və gündüz həm qarlı, həm yağışı havalarda, hətta tıxacların sıx olduğu saatlarda belə taksi xidmətindən tariflə müəyyən olunmuş dəyişməz qiymətlərlə istifadə edirlər.

Belə qənaətə gəlinir ki, - paytaxtımızın yeni taksi xidməti “OMEGA” taksi aşağı qiymətlər, yüksək xidmət keyfiyyəti, geniş endirim və bonuslar sistemi, mədəni sürücüləri və müştərilərə qayğı və hörmətlə yanaşma kimi diqqətçəkən üstünlükləri ilə paytaxtımızın ən cəlbedici taksi xidmətinə çevrilməkdədir. Bu da öz növbəsində “OMEGA” taksini digər taksi xidmətlərindən fərqlədirir və Bakımızda daha çox müştəri cəlb etməklə xidmət miqyasını daha da genişlədirir. “OMEGA” taksi yaxın zamanlarda isə Sumqayıtda da fəaliyyət göstərməyi panlaşdırır.

Ən sərfəli qiymətlərlə ən rahat taksi xidmətindən istifadə etmək istəyirsinizsə *0404 nomrəsinə zəng edin (zəng ÖDƏNİŞSİZDİR onlar özləri zəng dəcəkdir) və Bakının yeni “OMEGA” taksinin xidmətindən yaxşı mənada təccüblənin.

“OMEGA” taksi sifarişi xidmətinin Facebook və Instagram səhifələrinə aşağıdakı linklərdən keçid edə bilərsiniz.

https://www.facebook.com/omegatsx/
https://www.instagram.com/omega_baku/
http://www.taxiomega.ru/

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi