Ömər Baba Bakıda

omer-baba-bakida
Oxunma sayı: 782

Tamaşaçıların “Ömər baba” kimi tanıdığı aktyorla əməkdaşımız srağagün paytaxtın Nizami küçəsindəki “Xəqani” ticarət mərkəzində rastlaşıb. “Polad Alemdarın atası” deyərək ona yaxınlaşanları nurani təbəssümlə qarşılayan aktyor bu ilgidən məmnun görünüb. Ticarət Mərkəzində suvenirlərlə maraqlanan aktyor burada çox ləngiməyib.

Emin Olcay 46 ildir teatr aktyoru olsa da, daha çox “Ömər baba” obraz ilə tanınmasından narazıdır. Türkiyə mətbuatına verdiyi müsahibəsində “mənə Ömər baba əvəzinə Emin Olcay deyilsə daha yaxşı olar. Böyüklərim mənə bu adı verib və mən bu adı şərəflə daşıyıram” deyib.

Qeyd edək ki, aktyor 2010-cu ilin noyabr ayında da Bakıya gəlmişdi.

musavat.com