Ömər Paşayev və Rəhim Həsənov Avroliqa oyunlarında

omer-pasayev-ve-rehim-hesenov-avroliqa-oyunlarinda
Oxunma sayı: 1573

Beynəlxalq dərəcəli hakimlərimiz 2017-18 mövsümünün ilk təyinatını alıblar. “Qafqazinfo” xəbər verir ki, Ömər Paşayev və Rəhim Həsənov Avropa Liqasının I təsnifat mərhələsində oyun idarə edəcəklər.

Həsənov iyunun 29-da "Ventspils"lə "Valur" arasında Latviyada keçiriləcək ilk qarşılaşmada ədaləti qoruyacaq. Paşayev isə həmin gün Qazaxıstanda "Kayrat" - "Atlants" komandaları arasında baş tutacaq qarşılaşmada əsas söz sahibi olacaq.  

Avropa Liqası, I təsnifat mərhələsi
29 iyun

“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
 
“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov 
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov