Ömrünün sonuna qədər komada qala bilər

omrunun-sonuna-qeder-komada-qala-biler
Oxunma sayı: 2002


  “Qafqazinfo” xəbər verir ki, bu barədə Apasport.az Almaniya mətbuatına istinadən məlumat yayıb. Məlumata görə, belə bir xəbəri jurnalistlərə adının açıqlanmasını istəməyən tibb işçisi ötürüb.

Qeyd edək ki, Şumaxer dekabrın 29-da Fransanın Alp dağlarının ətəyində yerləşən Meribel qış-turizm şəhərciyində xizəklə sürüşən zaman yıxılaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan vaxt huşsuz vəziyyətdə olan 44 yaşlı almaniyalının beyninə qan sızdığı bildirilirdi. Kəllə-beyin travması diaqnozu qoyulan pilot komaya düşdüyündən həyatını itirmək ehtimalı var.