Ön cəbhədə “Bir millət iki dövlət” adlı tədbir keçirilib

on-cebhede-bir-millet-iki-dovlet-adli-tedbir-kecirilib
Oxunma sayı: 902


Azərbaycan  və  Türkiyənin Heydər Əliyevin dediyi kimi  "bir millət iki dövlət" olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında bütün istiqamətlərdə yüksək səviyyədə əməkdaşlığın olduğunun sevindirici olduğunu qeyd edib: "Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən  "Şərq tərəfdaşlığı" konfransı çərçivəsində Prezident cənab İlham Əliyevin  Ermənistan  prezidenti  Serj Sarkisyanın qondarma "erməni soyqırımı" ilə bağlı əsassız iddialarına "Türkiyə burda yoxdur, amma mən varam" cavabı verməsi  və verdiyi tutarlı cavab  türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını  və  beynəlxalq  aləmdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu. ", - deyən millət vəkili Qənirə Paşayeva  prezidenti İlham Əliyevin bu çıxışının təkcə Azərbaycan gəncliyi üçün deyil, bütün Türkdilli dövlətlər və Türk dünyası üçün örnək olduğunu deyib. 

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu  və  bu  tədbirin önəmli olduğunu qeyd edib.  TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı TRT kanalının hər zaman Azərbaycan həqiqətlərinin təbliği,  Qarabağ münaqişəsi ilə bağlı gerçəklərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması istiqamətində daim fəaliyyət göstərdiyini, qardaş Azərbaycanın yanında olduğunu deyib.