“On dörd ildir xanımımın təsiri altındayam”- - Mustafa

on-dord-ildir-xanimimin-tesiri-altindayam-
Oxunma sayı: 2477


 “Qafqazinfo” xəbər verir ki, ötən gün mətbuat nümayəndələri ilə görüşən türkiyəli ifaçı həyat yoldaşını çox sevdiyini bildirib:

“Mənim ailəm sevgi üzərində qurulub. Sevgi  həyat yoldaşım Əminə Sandalla yeganə ailə devizimizdir. Hər işdə sevgi olması şərtdir, yoxsa müvəffəqiyyətə nail olmaq mümkün deyil. Mən həyat yoldaşımı çox sevirəm, on dörd ildir onun təsiri altındayam. İki oğlum var. Əminə Sandal da Bakıya gəlmək, şəhərinizi gəzib görmək istəyirdi, konsertləri olduğu üçün gələ bilmədi. Biz çalışırık ki, ikimizdən biri övladlarımızın yanında olsun, onları tək qoyarkən narahatlıq keçirir”.