On dörd yaşlı rus model müəmmalı şəkildə ölüb

On dörd yaşlı rus model müəmmalı şəkildə ölüb
Oxunma sayı: 1748

Rusiyadan olan 14 yaşlı model Çində ölüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Vlada üç aylıq müqavilə əsasından Çində məşhur dizaynerlərlə çalışırdı. Lakin 13 saat davam edən nümayişdən sonra özünü halsız hiss etməyə başlayıb.  

Oktyabrın 25-də model 39 dərəcə temperaturla Şanxayda xəstəxanaya yerləşdirilib. Reanimasiyada qalan Vlada iki gün komada qaldıqdan sonra dünyasını dəyişib. Yerli həkimlər ölümün ilkin səbəbi kimi multiorqan çatışmazlığı sindromu fonunda sepsisi göstəriblər. Digər versiya kimi zəhərlənməsi irəli sürülür. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi