On kilodan çox tiryəki satmaq istəyən saxlanılıb

On kilodan çox tiryəki satmaq istəyən saxlanılıb
Oxunma sayı: 575

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Rəşad Abışov şübhəli şəxs qismində saxlanılıb.

DİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, şöbədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 10 kiloqram 710 qram narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Abışov ifadəsində tiryəki satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi