On səkkiz ton pomidorda problem yaranıb? - Rəsmi açıqlama

on-sekkiz-ton-pomidorda-problem-yaranib
Oxunma sayı: 1092

Dövlət Gömrük Komitəsi Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən  18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün  geri qaytarıldığına dair mediada yayılan məlumatlara münasibət bildirib.

DGK-dan “Qafqazinfo”ya verilən məlumata görə, son dövrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb,  o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Hazırda Rusiya Federasiyası ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.
 
Murad Əhməd