On səkkiz yaşlı qız dəm qazından boğuldu

On səkkiz yaşlı qız dəm qazından boğuldu
Oxunma sayı: 1208

Astarada 18 yaşlı qız dəm qazından zəhərlənərək vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə,  2000- ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib. 

Belə ki, L. İbrahimzadə ötən gün bacısı Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.  

Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi