“Ona ərə getməyim üçün 300 min dollar təklif etdi” - Deputat

ona-ere-getmeyim-ucun-300-min-dollar-teklif-etdi
Oxunma sayı: 643

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko maraqlı etirafı ilə gündəmə gəlib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, siyasətçi bildirib ki, İraqda xidməti zamanı şahzadələrdən biri ona elçi düşüb.

Savçenkonun sözlərinə görə, şahzadə Əs-Suveyri ona 300 min dollar təklif edib. 

“Mən pul marağında deyiləm. Məni əşya kimi almaq istədi. O pul komandirin cibinə gedəcəkdi, mənsə sadəcə ona ərə getməli idim. Bununla razılaşa bilməzdim”, - deyə deputat qeyd edib.

Nadejda Savçenko həmçinin vurğulayıb ki, ona bu təklif ediləndə bunun anlaşılmazlıq olduğunu düşünərək gülümsəmə ilə qarşılayıb: “Lakin son nəticədə o fikrə gəldim ki, bu situasiya İraq üçün təmamilə normal hadisədir”.