“Ona görə çox məyusam” - Zidan

ona-gore-cox-meyusam
Oxunma sayı: 648

“Futbolçularımı günahlandırmıram. La Liqada ehtiyada bir oyunumuz var. Lakin hər şey yenə özümüzdən asılıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözlər Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidana məxsusdur. “Kral Klubu” ölkə çempionatının XXXIII turunda öz meydanında əzəli rəqib “Barselona”ya məğlub olub – 2:3. 

Oyundan sonra açıqlama verən Zizu məğlubiyyətə layiq olmadıqlarını dilə gətirib: 

“Məğlubiyyətə layiq deyildik, xüsusən də azlıqda qaldıqdan sonra. Bir nəfər azlıqda oynasaq belə, qələbə qazanacağımızı düşünürdük. Amma alınmadı, sakitliyimizi qorumalıyıq”.

Fransalı çalışdırıcı oyunun gedişində zədə alan Qaret Beyl haqda danışıb:

“Oyuna Beyl ilə başladığım üçün peşman deyiləm. O, meydana çıxmaq üçün həyəcanlı idi və mənə yaxşı olduğunu bildirmişdi. Təəssüf ki, sonradan olanlar bizdən asılı deyil. Ona görə çox məyusam”. 

Mütəxəssis “Barselona”nın 2 qolunun müəllifi Lionel Messidən söz açıb: 

“Messi bu gecə bir başqa idi. Lakin, təkcə o deyil, idarə edəcəyimiz başqa şeylər də var idi, amma bacarmadıq”.