Ona salam verməyəni öldürdü - Sumqayıtda

ona-salam-vermeyeni-oldurdu
Oxunma sayı: 2388

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 18-i saat 20 radələrində Tibb kollecinin yanında yerləşən çayxananın arxasında qeydə alınıb.

Sumqayıt şəhərində yaşayan Kəlbəcər sakini, 1990-cı il təvəllüdlü Babək Həsənov Kotec qəsəbə sakini, həmyaşıdı Aydın Seyidovu ona salam verməməsi səbəbindən ucu kəsici-deşici olan alətlə vuraraq öldürüb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib. 
Babək Həsənov şübhəli şəxs qismində tutulub və törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Murad Əhməd