“Onda Azad Rəhimov yox, Berti Foqts olardım”

onda-azad-rehimov-yox-berti-foqts-olardim
Oxunma sayı: 645

Nazir futbol yığmamızın 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Moskvada Rusiyaya 0:1 hesabı ilə uduzduğu oyunu dəyərləndirib.

“Komandamız həmin matçda pis oynamadı, yaxşı mübarizə apardı. Bekker də Azərbaycanda son illər futbolun inkişaf etdiyini dedi. Heç kim deyə bilməz ki, yığmamız inkişaf etməyib” – deyə, Rəhimov bildirib.

Almaniyalı baş məşqçi Berti Foqtsun gəlişindən sonra milli komandamızın müdafiə futbol oynaması böyük müzakirə obyektinə çevrilib. Bununla bağlı sualı cavablandıran Rəhimov deyib ki, taktikanı müəyyənləşdirmək baş məşqçinin səlahətində olan məsələdir: “Yəqin ki, yığmamızın seçdiyi taktikanı bilsəydim, Azad Rəhimov yox, Berti Foqts olardım. Taktikanı baş məşqçi müəyyənləşdirir. Ona nə nazirlik, nə də federasiya müdaxilə edə bilər”.