“Onda bəlli olacaq ki, Azərbaycanın siyasəti necədir”

onda-belli-olacaq-ki-azerbaycanin-siyaseti-necedir
Oxunma sayı: 643

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu İranla bağlı baş verənlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yalnız indi Azərbaycanın hansı siyasət apardığı hamıya bəlli olacaq: “Onda bəlli olacaq ki, Azərbaycanın siyasəti necədir. Azərbaycan balanslı siyasət aparmır, balanslı siyasət aparması haqqında danışır. Azərbaycanın özü ilə balanslı siyasət aparırlar. Azərbaycan heç bir siyasət aparmır, durub gah belə danışır, gah da başqa cür”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə bildirib ki, Azərbaycanın rəsmi mövqeyi İranla dinc qonşuluq siyasətidir: “Bizim başqa mövqeyimiz yoxdur. Amma o, ayrı məsələdir ki, İranda insan haqları, oradakı azərbaycanlıların hüquqlarının müdafiəsi bizim daimi qayğımızdır, biz ondan əl çəkmərik. Qərb də istəmir regionda müharibələr qızışsın, İraqdakı, Əfqanıstandakı faciələr təkrar olunsun. Biz də bunu istəmirik. Amma eyni zamanda İslam dünyasının demokratikləşməsi də bizim milli marağımızdadır”.


Fatimə Kərimli