Ondan artıq ölkənin BMT yanındakı nümayəndələri Azərbaycanda

ondan-artiq-olkenin-bmt-yanindaki-numayendeleri-azerbaycanda-
Oxunma sayı: 647

“Qafqazinfo”nun Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər zamanı qonaqlar Baş nazir cənab Artur Rasizadə tərəfindən qəbul ediləcəklər.

Eyni zamanda, Milli Məclis, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Diplomatik Akademiyası və Dövlət Neft Şirkətində qonaqlarla görüşlər keçiriləcəkdir. Səfirlər Fəxri Xiyaban və Şəhidlər Xiyabanını da ziyarət edəcəklər.

BMT yanında daimi nümayəndələrin səfər çərçivəsində Quba şəhərinə səfəri də nəzərdə tutulub. Burada onlar kütləvi məzarlıqla, eyni zamanda Quba şəhəri ilə yaxından tanış olacaqlar. Səfər avqustun 27-dək davam edəcək.


Səidə