“Onetwotrip” şirkəti bəyan edib

onetwotrip-sirketi-beyan-edib
Oxunma sayı: 637


Son zamanlar Azərbaycan internet məkanında “Onetwotrip” şirkəti haqqında həqiqəti əks etdirməyən böhtan xarakterli xəbərlər dərc olunur.
Biz “Onetwotrip” şirkəti olaraq bəyan edirik ki, şirkətimiz biletlərin onlayn rezervaziyası və satışı sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin sahibləri isə Petr Kutis və “Phenomen Ventures” beynəlxalq fondudur.
“Qafqazinfo”nun məlumatına görə, “Onetwotrip” şirkəti internetdə bilet almaq üçün ən etibarlı və müasir bilet alışı sistemidir. İnternet layihəsi Sizə vaxtınıza qənaət etmək və bir neçə dəqiqə ərzində dünyanın istənilən yerinə lazımi bilet almağa imkan yaradır.
Şirkət Azərbaycan bazarında çox qısa zaman ərzində böyük uğur əldə etmişdir. “Onetwotrip” sərfəli, etibarlı, əlverişli və operativ olduğuna görə bilet satışı bazarında fərqlənir.
Gün ərzində minlərlə bilet satışını həyata keçirən “Onetwotrip”, Azərbaycanda dünyanın istənilən ölkəsinə biletlərin onlayn satışı və rezervasiyasıni həyata keçirən ilk beynəlxalq şirkətdir. Ingilis, alman, rus və digər dillərdə olan “Onetwotrip” azərbaycanlı müştərilərinə ən yüksək xidmət göstərmək məqsədilə artıq azərbaycan dilində olan Onetwotrip saytını istifadəyə verib.
Təkmilləşdirilmiş innovasiyalı qiymət axtarışı və analizi sisteminin mövcudluğu sahəsində “Onetwotrip” Sizə hər zaman lazimi istiqamətdə və tarixlərdə sərfəli qiymət təqdim etmək iqtidarındadır. Daim müştərilərinin rahatlığını düşünən “Onetwotrip” vasitəsi ilə sifariş verənlərin biletləri ödənişdən dərhal sonra – 10 saniyə ərzində hazırlanır.