Onkoloji xəstələrin problemi parlamentdə gündəmdə

onkoloji-xestelerin-problemi-parlamentde-gundemde
Oxunma sayı: 1123

“Bədxassəli şiş əleyhinə olan preaparatların alınması üçün ayrılmış vəsaitin həcmi artırılsın”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov büdcə zərfinin müzakirəsində  çıxış edib. O qeyd edib ki, dünyada onkoloji xəstəliklərin müalicəsi üçün hədəf tipli yeni müalicə üsulları və preparatlar meydana çıxıb: “Onları almaq üçün vəsait  lazımdır. Hazırda ayrılan vəsait buna bəs etmir. Belə preaparatlar onkoloji xəstəliklərin müalicəsində inqilabi addımdır. Praktiki olaraq bu preparatların köməyi ilə yayılmış formada olan onkoloji xəstəliklərin, son mərhələdə olan onkoloji xəstələrə kömək etmək mümkün olur”.
 
 Günel  Türksoy