“Onkoloji xəstəliklər üçün ayrılan vəsait artırılmalıdır”

onkoloji-xestelikler-ucun-ayrilan-vesait-artirilmalidir
Oxunma sayı: 1049

“Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə rəsmi satışına icazə verilsə, yaxşı olar. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsini təklif edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə Səhiyyə Komitəsinin üzvü Musa Quliyev çıxış edib. 

Deputat qeyd edib ki, bu cür xəstələrin belə dərmanlara ehtiyacı var: “Eyni zamanda, onkoloji xəstəliklərin müalicəsi üçün büdcədən ayrılan vəsait artırılmalıdır. Çünki bu xəstəliyin preaparatları bahadır”.

Günel Türksoy