Onlar 2018-ci ilin dünyaya göz açan ilk körpələridir - Video

Onlar 2018-ci ilin dünyaya göz açan ilk körpələridir
Oxunma sayı: 1754

Yeni il bir sıra ailələr üçün ikiqat sevincə səbəb olub. Bu sevincin mənbəyi 2018-ci ilin ilk saatlarında dünyaya gözlərini açan körpələrdir. Onlar 2018-ci ilin dünya göz açan ilk körpələridir. Valideynlərinin sevincinin isə həddi hüdudu yoxdur.

“Qafqazinfo”nun “Xəzərxəbər”ə istinadən verdiyi məlumata görə, yeni ildə Azərbaycanın ilk körpəsi Goranboy Mərkəzi Xəstəxanasında dünyaya göz açıb. Təqvim ili yenilənən kimi Goranboyda 2 ailəninin bayramı-bayrama qarışıb. Doğulan uşaqlardan biri qız, digəri isə oğlandır.

Yeni ilin ilk saatlarında Bərdədə də 4 oğlan uşağı doğulub. Rayon sakinləri Həmidli Elnarə, Orucova Gülşən, Xudayeva Aysel və Mustafayev Şəbnəm Rayon Mərkəzi Xəstəxanasında oğlan uşaqları dünyaya gətiriblər.

Doğulan uşaqların çəkisi 3 kiloqramdan artıqdır. Xəstəxanadan ana və uşaqların vəziyyətinin normal olduğunu bildiriblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi