Onlar “BeeArif”ə toplaşdı - Dəbdəbəli açılış+Fotolar

onlar-beearife-toplasdi
Oxunma sayı: 12418

Bakıda “BeeArif” restoranın möhtəşəm açılış mərasimi baş tutub. “Qafqazinfo” xəbər verir ki, Xəqani küçəsi 45 ünvanında yerləşən ikimərtəbəli məkan təntənəli şəkildə müştərilərin ixtiyarına verilib.

“BeeArif”in digərlərindən fərqi ondadır ki, tematik bir restorandır və eyni zamanda yeniyetmələr üçün nəzərdə tutulub. Məkanın istər dekorasiyası, istərsə də mətbəxi olduqca fərqlidir. Belə ki, adına uyğun olaraq restoranda heç yerdə görmədiyiniz bal sousları, özəl Avropa mətbəxi müştərilərə təqdim edilir.

Məkanın adının özəl olaraq qoyulduğu vurğulanıb: ““Bee” arı, “Arif” isə ərəb sözündən tərcümədə arif olmaq mənasını daşıyır. Düzdür, arı çalışqan həşəratdır. Amma çalışmağı üçün bir qədər də ağlı var. Mənası odur ki, çalışarkən nəyəsə nail olmaq mümkündür”.

Açılışın xüsusi qonaqları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva olub. 

Həmçinin gecədə Xalq artisti Faiq Ağayev, əməkdar artist Tünzalə Ağayeva, AzTV-nin bədii rəhbəri Ranar Musayev, aparıcı Nuran Hüseynov, “Eurovision” qalibi Nigar Camal, şairə Zəhra Bədəlbəyli və başqaları iştirak edib.

Ünvan: Xəqani küçəsi 45 ( Axundov adına Milli Kitabxananın yanı)

Telefon : (+994 50) 373 09 99

İnstaqram: beearifbaku

Facebook: beearifcafe