Onlar da ailə qurdu - Fotolar

onlar-da-aile-qurdu
Oxunma sayı: 6293

“Filinta” serialı ilə tanınan türkiyəli aktyor Kayra Şenocak ikinci dəfə evlənib.  

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sevib-seçdiyi Ayşe Karadavutla ailə həyatı qurub. Nikah mərasimi Ankarada baş tutub.

Cütlüyün nikah şahidləri Hüseyin Bayındır, Hüseyin Taşkıran, Simgen Baykara və Gözde Gündür olub.

Qeyd edək ki, K. Şenocak 1998-2001-ci illərdə Verda Şenocakla ailəli olub. Onun bu evlilikdən Mert adlı oğul övladı var.