Onlar da ayrıldı - Foto

onlar-da-ayrildi
Oxunma sayı: 1730

Hollivudun məşhur aktrisalarından olan Cennifer Lourens sevgilisi, rejissor Darren Aronofsdan ayrılıb.

“Qafqazinfo” “spletnik.ru”ya istinadən xəbər verir ki, cütlük sonuncu dəfə bir yerdə noyabrın 11-də Hollivudda keçirilən tədbirdə  görünüb. Ancaq yaxınları onların oktyabrda ayrıldığını söyləyiblər.

Buna baxmayaraq dost qaldıqları bildirilir.

Qeyd ki, Cennifer və Darren "Ana" ("Mother") filminin çəkilişləri zamanı tanış olmuşdu. Ekran işinin rejissoru 48 yaşlı Aronofs olub.