Onlar da boşanır

onlar-da-bosanir
Oxunma sayı: 1950


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Julia Robertsin 12 illik operator həyat yoldaşı Daniel Moder ögey bacısının intihar etməsinə aktrisanın səbəb olduğunu bildirib və Robertsə qarşı 225 milyon dollarlıq boşanma iddiası qaldırıb. 

47 yaşlı Robertsin fevral ayında intihar edən ögey bacısı Nancy Motes yazdığı intihar məktubunda bacısı və anasını günahlandırıb və ailəsinin rəftarlarının onu intihar etməyə məcbur etdiyini yazıb. İddialara görə, bu ölümdən sonra cütlüyün münasibətləri pozulub və Roberts bacısının ölümündən sonra əsəbi , mərhəmətsiz insana çevrilib. Aktrisanın bu hərəkətlərinə dözməyən həyat yoldaşı məhkəməyə müraciət edərək boşanmaq istədiyini bildirib.