“Onlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar” - Vüqar Rəhimzadə

“Onlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar”
Oxunma sayı: 844

“Bu gün Azərbaycanın həyata keçirdiyi mütərəqqi islahatlar, regional və qlobal layihələr, irəli sürdüyü xoşniyyətli təşəbbüslər dünyanın diqqət mərkəzindədir. Bütün bunlar, ölkəmizlə bağlı həqiqətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, tanınmış ekspertlərin rəylərində öz əksini tapır. Ölkəmizin bu uğurlarına sevinənlərlə yanaşı, qısqanclıqla yanaşanlar da var”. 

“Qafqazinfo” xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “The Financial Times” nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirərkən qeyd edib. O bildirib ki, bu cür qərəzli qüvvələr hər zaman dezinformasiyalar yaymaqla, qarayaxma kampaniyaları həyata keçirməklə ölkəmizin artan nüfuzuna xələl gətirməyə cəhd edirlər: “Ancaq bu kimi “qüvvələr” heç vaxt öz niyyətlərinə çatmayıblar və çatmayacaqlar. Bu mənada “The Financial Times” nəşrinin Azərbaycanla bağlı irəli sürdüyü əsassız iddialar böyük təəssüf doğurur və heç bir reallığa söykənmir.” 

V.Rəhimzadənin sözlərinə görə, “The Financial Times” nəşrinin “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqaləsində qeyd edilən məqəmları qətiyyən ciddi qəbul etmək olmaz: “Sözsüz ki, məqalədə yer alan fikirlər tamamilə qərəzlidir. Hesab edirəm ki, bu məqalə müəyyən xarici anti-azərbaycan, erməni və ermənipərəst dairələrin çirkin niyyətlərinin məhsuludur”. 

Baş redaktor əlavə edib ki, “The Financial Times” və bu kimi digər nəşrlər zaman-zaman insan hüquq və azadlıqlarından, mətbuat və fikir azadlığından danışırlar. Ancaq onlar unudurlar ki, mətbuat hər zaman cəmiyyəti qərəzsiz, obyektiv xəbərlə təmin etməlidir. Həmin nəşrlərin bu cür fəaliyyəti dünyada ədalətsizliyin, ikili standartların əyani təzahürü, bir nümunəsi, orada çalışan jurnalistlərin ən azı öz peşələrinə xəyanətidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi