“Onlar İlham Əliyev qədər irəli getməyə hazır deyillər”

onlar-ilham-eliyev-qeder-ireli-getmeye-hazir-deyiller
Oxunma sayı: 2343


“Hesab edirəm ki, misal üçün, azərbaycanlılar “əgər 7 rayon qaytarılmasa danışıqlar aparılmayacaq, yaxud “torpaqlarımızı qaytarın və o zaman biz danışıqları davam etdirəcəyik” və ya “torpaqlarımızı qaytarın və biz erməni-türk sərhədlərinin açılmasına icazə verəcəyik” tipli bəyanat səsləndirərlərsə bu faydalı olmayacaq. Yekun razılıq əldə etmək üçün bütün hallarda baza prinsipləri əsasında müzakirələri davam etdirmək lazımdır.

Əlbəttə, nə qədər ki, azərbaycanlılar erməniləri dost kimi qəbul etməyəcəklər, münaqişənin həlli yolları olmayacaq. Reallıq ondan ibarətdir ki, mənim zənnimcə, İlham Əliyev Ermənistan prezidenti ilə danışıqlarda daha irəli gedib, Azərbaycan cəmiyyəti belə buna bu qədər hazır deyil. Azərbaycanda elə siyasi qüvvələr var ki, ölkə prezidenti qədər irəli getməyə hazır deyillər”.