“Onlar Ramili sevərkən öldürəcək kimiydilər” - Türkiyəli köşə yazarı

onlar-ramili-severken-oldurecek-kimiydiler
Oxunma sayı: 798

“Milliyyet” qəzetinin idman yazarı Ercan Güven Türkiyəni təmsil edən və 200 metr qaçış üzrə dünya çempionu olan Ramil Quliyevlə bağlı köşə yazıb. “Qafqazinfo” həmin yazının Azərbaycanla bağlı hissəsini olduğu kimi təqdim edir:

“Atletika dünyasını bilmirəm, amma dünyada eyni anda iki ölkəni birdən məst edən atletlərdəndir dünya çempionu Ramil Quliyev...
Altı ildir Türkiyə Cumhuriyyətinin kimliyini daşıdığı və müdhiş uğurunu ay-ulduzlu forma ilə qazandığı üçün ən başda bizi, sonra isə doğulduğu və ölənə qədər qəlbində daşıyacağı Azərbaycanı...

Hisslər qarşılıqlıdır!

Eynən bizim kimi elə bir azəri olduğunu düşünmürəm ki, Quliyevin medalı üçün sinsəi qabarmasın. Sadəcə Azərbaycan Atletika Federasiyasının kefi pozulub bəlkə. Çünki heç asan olmadı Quliyevin Türkiyə vətəndaşlığına keçməsi. Azərbaycan Atletika Federasiyası hirsindən dəli olub. 

Bir il sonra 2012-də Londonda keçirilən Olimpiya oyunlarında Türkiyəni təmsil edə bilməsi Azərbaycanın Atletika Federasiyasına bağlı idi və izn verilmədi. 

Qardaş ölkənin atletizmdən səlahiyyətliləri “balasını” sevərkən öldürəcək kimiydilər...

Həmin vaxtlarda “Fənərbaxça olmasaydı atletizmi buraxardım” deyirdi Quliyev. Aziz Yıldırımı ikinci atası sayırdı. 

Fənərbaxça onu qucaqladı və nə isə ki, bu xoşbəxt günü gördük. Bizim qədər Azərbaycan Federasiyası da indi Fənərbaxçaya minnətdar olmalıdır”.