Onlara general-leytenant rütbəsi verildi - Siyahı

onlara-general-leytenant-rutbesi-verildi
Oxunma sayı: 11416

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, aşağıdakı hərbi qulluqçulara ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Əsgər Sabir oğlu Xəlilova

general-mayor Əfqan Vəli oğlu Nağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Azər Oqtay oğlu İbrahimova

polkovnik Ayaz Əvəz oğlu Hüseynova

polkovnik Rəsul Afiq oğlu Tağıyevə.