Onlara Həccə getməmək məsləhətdir

onlara-hecce-getmemek-meslehetdir
Oxunma sayı: 1096

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda həcc ziyarətinə gedəcək insanlar çox ciddi şəkildə gigiyena qaydalarına riayət etməlidirlər. 

Ərəbistanı Səhiyyə Nazirliyi zəvvarlara öskürərkən ağzını və burnlarını dəsmalla tutmaq, həmçinin insanların çox sıx olduğu yerlərdə xüsusi qoruyucu maska taxmaq barədə xəbərdarlıq edir.

Hazırda Səudiyyə Ərəbistanda “SARS” virusunun törəməsi olan “korona” virusu geniş yayılıb. Artıq virusa yoluxan 39 nəfər həyatını itirib.

Qeyd edək ki, ağciyərləri və böyrəkləri korlayan, immunitet sistemini çökdürən virusun təmas halında yoluxa biləcəyi təxmin edilir. Virusa qarşı heç bir qoruyucu peyvənd və ya antibiotik müalicəsinin olmadığı bildirilir.