Onlara nə verdilər?

onlara-ne-verdiler
Oxunma sayı: 639



Türkiyədə yaşayan məhşur müğənni İradə İbrahimovanın açıqlaması maraqlı oldu. Sənətçi deyir ki, həyat yoldaşı Ceyhun onu özəl hədiyyələri ilə hər zaman təəccübləndirib. “Mənim üçün ideal təbrik həyat yoldaşımın alnımdan öpüb, qəlbdən dediyi ürək sözləri olur. Həyatımda bundan dəyərli hədiyyə ola bilməz. Həm bir ata, həm də həyat yoldaşı kimi bu səhər üzərinə düşəni etdi. Hədiyyəsi də var idi. Qucaq dolu qızıl güllər və sevdiyim bir əşya... Qızımıza isə yaşına görə, sevdiyi oyuncaqları almışıq”.

Xanəndə İlahə İbadova da təbrik yağışına tutulan sənətçilərədndir. Ötən gecədən gözəl sözlərlə dəyərləndirilən sənətçi özəl hədiyyəsini də alıb. Amma mahiyyətini açmaq istəmədi, “özəl qalsın” dedi. Xanəndənin özünün ilk təbrik etdiyi şəxs isə anası və qızı Ayan olub.

Tarzən və müğənni Humay Qədimova yaxın aylar üçün planlaşdırdığı yaradıcılıq işinin həllinə başı qarışdığı bir vaxtda fanatlarının təbrik mesajları onu işindən ayırıb. Sənətçi qucaq dolu qızıl güllər və hədiyyələr almaqda davam edir. İlk təbrik və hədiyyəsnin isə tələbələrindən aldığını söylədi. Sənətçi bayram günü bir neçə canlı efirdə olacağından xəbər verdi.

Ən bahalı hədiyyəni gənc müğənni Sima Qasımova alıb desək, yanılmarıq. Müğənniyə naməlum bir şəxs Vertu telefonu hədiyyə edib. 7000 manat dəyərində ölçülən bu hədiyyənin sahibini tanımayan Sima onu qəbul etməkdə tərəddüd edir.