Onlara olan münasibət dəyişməlidir - Sosial çarx

onlara-olan-munasibet-deyismelidir
Oxunma sayı: 1674

Azərbaycanın ilk və tək inklüziv ƏSA Teatrı fiziki məhdudiyyətli şəxslərlə bağlı ölkənin ilk sosial çarxını hazırlayıb. 

“Qafqazinfo” xəbər verir ki, ƏSA Teatrının baş meneceri  Nicat Qulam bildirib ki, 2018-ci ilin ilk günlərində sosial çarxı çəkməkdə məqsəd cəmiyyətin bütün təbəqələrinin diqqətini ölkədə əlilliyi olan şəxslərə yönəltməkdir. "ƏSA Teatrı olaraq qərara gəldik ki, yeni ilin ilk günlərində çəkdiyimiz bu sosial çarxla düşüncələrimizi cəmiyyətə ötürək. Çünki fiziki məhdudiyyətli insanların yaradıcı fəaliyyət göstərə bilmələri üçün bütün cəmiyyət dəstək göstərməli, əlilliyi olan şəxslərə münasibət dəyişməlidir."

Qeyd edək ki, ƏSA Teatrı 2016-cı ilin sentyabr ayının 3-də aktyor-rejissor Nihad Qulamzadə tərəfindən müstəqil şəkildə təsis olunub.  19 dekabr 2017-ci ildə ƏSA  sayca üçüncü tamaşasını təqdim edib.  ABŞ yazıçısı Con Steynbekin eyniadlı  povesti əsasında hazırlanan ilin son tamaşası - "Adamlar  və Siçanlar"  ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.