“Onlara qarşı sərt tədbir görüləcək”

onlara-qarsi-sert-tedbir-gorulecek
Oxunma sayı: 1827

Mayın 26-dan Azərbaycan ərazisində 2018-2019-cu illərin ov mövsümü açılır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib. O deyib ki, ölkə ərazisində 2018-2019-cu illər üzrə ov mövsümünün başlanması ilə əlaqədar vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgüsü hazırlanıb.

İ. İbrahimova qeyd edib ki, qoruq ərazilərində ov etmək qadağandır: "Nazirlik tərəfindən qanun pozucularına qarşı sərt tədbirlər görüləcək".