Onlardan biri İran prezidenti olacaq - Pilot, mühəndis, mer...

Onlardan biri İran prezidenti olacaq
Oxunma sayı: 2238

İranda prezident seçkilərində iştirak edəcək 6 namizədin adı elan edilib. “Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, namizəliyi irəli sürülənlər aşağıdakılardır:

70 yaşlı hazırki prezident Həsən Ruhani. Hüquq təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb.

Prezidentin 60 yaşlı birinci köməkçisi İshak Cihangiri

Ölkənin baş prokuroru olmuş 50 yaşlı Hüccetülislam Seyyid İbrahim Reyisi Elsadati

70 yaşlı Seyyid Mustafa Ağa Mirsəlim. O, hazırda İslam Koalisiyası Partiyasının mərkəzi şurasının rəhbəridir. Mühafizəkar siyasətçidir. Fransa mühəndislik üzrə magistratura təhsili alıb. 1994-97-ci illərdə mədəniyyət naziri kimi çalışıb. 

56 yaşlı, Tehranın indiki meri və bir vaxtlar “Airbus”da təyyarə pilotu olmuş Məhəmməd Bager Galibaf 

70 yaşlı, sənaye naziri, sabiq prezident Rəfsəncaninin  dövründə vitse-prezident, Milli Olimpiya Komitəsinin rəhbəri postlarını tutmuş Seyyid Mustafa Haşimi Taba.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi